Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanda ölüb.


 


Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.


 


Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib. Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb.


 


Faktla bağlı araşdırma aparılır./APA