Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyini bəyan edib.


 


Sfera/az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata qeyd olunub.


 


Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:


 


"Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.


 


Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır", - deyə MN-in bəyanatında vurğulanıb.