Şəmkirdə avtomobildən kişi meyiti tapılıb.



 


Sfera.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin ərazisində baş verib.


 


“Toyota Prado” markalı avtomobildə nəqliyyat vasitəsinin sahibi, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nicat Telman oğlu Əsədov ölü halda aşkarlanıb. Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.




Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.