“Sabah” klubu Premyer Liqanın 23-cü turunda öz meydanında “Qəbələ” ilə qarşılaşacaq.




Sfera.az xəbər verir ki, paytaxt klubu oyuna ciddi itki ilə çıxacaq.


 


Söhbət serbiyalı forvard Velko Şimiçdən gedir. Ölkə kubokunun 1/4 finalında “Qəbələ” ilə oyunda zədələnən futbolçu oyunu buraxmalı olacaq.




Qeyd edək ki, “Sabah” – “Qəbələ” matçı bu gün saat 19-15-də başlayacaq.