Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.


 


Sfera.az xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.


 


O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:


 


"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".


 


M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.