"Bu kitabı oğurlama" kitabının müəllifləri təxminən 10.000 yazıçıdır. Kitabın unikal xüsusiyyəti səhifələrinin tamamilə boş olmasıdır.
Sfera.az bildirir ki, "Bu kitabı oğurlama" kitabı yalnız müəlliflərin siyahısından ibarətdir.
Bu şəkildə, Kazuo İşiquro, Filippa Qreqori və Riçard Osman da daxil olmaqla yazıçılar süni intellekt şirkətlərinin süni intellekt sistemlərinin təlimi və inkişafı üçün onların əsərlərindən icazəsiz istifadəsinə etiraz ediblər.
Kitabda yer alan digər müəlliflər arasında "Yavaş Atlar"ın müəllifi Mik Herron, tarixçi Devid Olusoqa Marian Keys və "Tic Tac Toe"nun müəllifi Malori Blekman da var.
Bu gün “boş" kitabın nüsxələri London Kitab Sərgisinə gələn ziyarətçilərə paylanacaq. Ötən həftə Böyük Britaniya hökuməti müəllif hüquqları qanunvericiliyinə təklif olunan dəyişikliklərin iqtisadi xərclərinin qiymətləndirilməsini təklif edib.
Bəstəkar və rəssam müəllif hüquqları müdafiəçisi və "Bu Kitabı Oğurlama" layihəsinin təşəbbüskarı Ed Nyuton-Reksin sözlərinə görə, süni intellekt sənayesi icazəsiz və ya ödənişsiz götürülmüş oğurluq əsərlər üzərində qurulub.
"Hökumət Britaniya yaradıcılarını qorumalı və süni intellekt şirkətləri tərəfindən yaradıcı əsərlərin oğurlanmasını qanuniləşdirməyi dayandırmalıdır", - deyə o bildirib.
Naşirlər həmçinin London Kitab Sərgisində süni intellekt lisenziyalaşdırma təşəbbüsünə başlayacaqlar.
Ötən il aparıcı süni intellekt şirkəti və Claude çatbotunun yaradıcısı “Anthropic” startapın öz flaqman məhsulunu öyrətmək üçün əsərlərin pirat nüsxələrindən istifadə etdiyini qəbul edərək, kolıektiv iddia qaldıran kitab müəlliflərinə 1,5 milyard dollar təzminat ödəməyə razı olmuşdu.
18 Mart tarixinə qədər nazirlər iqtisadi təsirin qiymətləndirilməsini və qanunvericilik icmalı ilə bağlı məsləhətləşmə hesabatını təqdim etməlidirlər.
Yenilənmiş qanun, süni intellekt şirkətlərinə müəllif hüquqları ilə qorunan əsərlərdən sahibinin icazəsi olmadan istifadə etməyə icazə verməyi təklif edir
(əgər sahibi bu prosesdən imtina etmək istədiyini açıq şəkildə bildirməyibsə).
Britaniyalı müəlliflər isə bu təklifi qəzəblə qarşılayır.
Hökuməti "tamamilə uduzan" adlandıran Elton Con, müəllif hüquqları qanunlarının yumşaldılması perspektivinə etiraz edən sənətçilər arasındadır.
Öz növbəsində, Lordlar Palatasının Kommunikasiya və Rəqəmsal Komitəsi hökuməti materialların istifadəsinin əsasən lisenziyalaşdırma yolu ilə baş verəcəyi bir sistem yaratmağa çağırıb. Komitəyə görə, belə bir sistem müəlliflərin gəlirlərini qorumaq üçün şəffaf olmalı və eyni zamanda süni intellekt texnologiyalarının inkişafına imkan verməlidir.
Milli Məclis üzvləri ilə yaradıcı insanlar arasındakı qarşıdurmanı nəzərə alaraq, yuxarıda qeyd olunan kitabın arxa üz qabığında deyilir:
"Böyük Britaniya hökuməti süni intellekt şirkətlərinin xeyrinə kitab oğurluğunu qanuniləşdirməməlidir."
Hökumət isə öz növbəsində xalqın maraqları naminə hərəkət etdiyini israr edir.
Aynil