Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.


 


Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.


 


O bildirib ki, sərnişinin iddiası əsassızdır:


 


"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir"./Oxu.az


 


 


Bakı metrosunda qatarda tüstülənmə baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.


 


Sərnişinlər bildiriblər ki, metronun "28 may" stansiyasında qatarda tüstülənmə olub.


 


Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.