Son zamanlar influserlər və insafsız satıcılar düzgün sınaqdan keçirilməmiş və "tez formaya salan" protein inyeksiyalarını reklam edirlər. 


 


Sfera.az bu yazıda sosial media vasitəsilə fenomenlər də daxil olmaqla, bir sıra məşhurların təbliğatını apardığı, çox zərərli hesab edilən proteinlər haqqında məlumatları təqdim edir. 


 


Onlayn məşqçi Co Smit üçün də hər şey "Barbie ineksiyası" ilə başladı. 18 ay ərzində o, özünə "Smurf Juice" proteini vurub və bu barədə 56.000 izləyicisi olan “Tik Tok” hesabında paylaşımlar edib. Ötən ay hesabı blok edilməzdən əvvəl o, artıq 4,5 milyon bəyənmə toplamışdı.


 


Smit peptid (protein) istifadəçisidir. Bir vaxtlar niş bodibildinq mövzusu olan peptid istifadəsi viral olub. Bu cür məhsullar isə adətən yalnız tədqiqat məqsədləri üçün istifadəsi ilə xarakterizə olunur.


 


Biokimyada peptidlər hüceyrələr arasında siqnal daşıyan qısa zülal fraqmentləridir. Təbii olaraq meydana gələn peptidlər hormon ifrazını və toxuma bərpasını tənzimləyir. Laboratoriyada sintez edilmiş versiyalar bu prosesləri təqlid edir və ya gücləndirir. Onlayn "qara bazar"da isə bu cür məhsullar dəri gözəlliyi, saç uzanmasından fövqəltəbii sağalma qabiliyyətlərinə qədər hər şeyə kimyəvi qısa yol kimi təqdim edilir.


 


Smitin peptidi isə (MT II) “breninq iynəsi" və ya Barbie dərmanı kimi tanınan Melanotan II idi.


 


"Bu, melanin istehsalını artırır. Mən bəzi videolara və tədqiqatlara baxdım, nəyin faydalı olacağı ilə bağlı öz araşdırmamı apardım”-deyə o sosial media paylaşımlarının birində bildirir. Bir vaxtlar niş bodibildinq təcrübəsi olan Smit peptid istifadəsinin faydalarını tərifləyir.


 




2024-cü ilin sonlarında Smith onlayn dilerdən bir flakon alıb və inyeksiya etməyə başlayıb. O, həmçinin eyni tərkib hissəsini burun spreyi kimi istifadə edib. Onun yaşadığı yan təsirlər - ürəkbulanma, dəri qıcıqlanması və iştahanın azalması - dəyişdirilmiş doza ilə yoxa çıxdı.


 


"Təbii olaraq olduqca solğunam və ekzemadan əziyyət çəkirəm. Melanotan II ümumiyyətlə dərimin keyfiyyəti üçün faydalı idi və indi də istifadə etməyə davam edirəm"- deyə o bildirir.


 


Əslində isə MT II tənzimlənmir. O, həmçinin ereksiyalar zamanı ağrılara və çillərin artmasına səbəb ola bilər. “Cancer Research UK”yə görə, bu cür məhsullar reklamda deyildiyi kimi günəşə məruz qalmadan və ya dərini zədələrdən qorumur. Həqiqətən də, istifadəçilərdə dəri xərçəngi riskinin artdığı göstərilib. Böyük Britaniya, ABŞ, Danimarka və İrlandiyadakı tənzimləyici orqanlar onun istifadəsinə qarşı dəfələrlə xəbərdarlıq ediblər.


 


London Universitet Kollecində peptid terapiyası üzrə tədqiqatlar aparan mühazirəçi Dr. Reyçel Dikman daha açıq şəkildə bildirir: 


 




“Melanotan Böyük Britaniyada qanunsuzdur. Sağlamlıq riskləri göz qabağındadır”.


 


Tələbi təmin edən tənzimlənməmiş bazarda tez-tez hələ də klinik sınaqlarda olan GLP-1 dərmanı olan retatrutid, bərpa sürətləndiricisi olan BPC-157 və dərinin cavanlaşması, saç uzanması və yaşlanmaya qarşı mübarizə üçün satılan GHK-Cu və ya Smurf Juice kimi birləşmələrlə qarşılaşmaq olar.


 


 


Red Tide və Triple G kimi də tanınan Retatrutid  bazarda ən çox reklam edilən peptid birləşmələrindən biridir.


 




Çox vaxt bu maddələr effektləri maksimum dərəcədə artırmaq üçün hazırlanmış "yığınlar" adlanan protokollarda birləşdirilir.


 




İnyeksiya edilə bilən, etiketsiz formalarında heç biri ümumi istifadə üçün təsdiqlənməyib. Fenomenlər tərəfindən istifadə edilən bu məhsullar “yalnız tədqiqat məqsədləri üçün" etiketləri ilə yoxlamalardan yayınırlar.


 


 


Dərman və Səhiyyə Məhsullarının Tənzimlənməsi Agentliyi (MHRA) kimi tənzimləyicilər məhsulların təşviq edildiyi və ya dərman kimi istifadə edildiyi yerlərdə mövcud  qadağa qanunun yetərli olmadığını açıq şəkildə bildiriblər.


 


 


 "Yalnız tədqiqat məqsədləri üçün" etiketinə artıq qırmızı bayraq qaldırılmalıdır.


 


 


Tənzimlənməmiş satış yerlərindən dərman almağın təhlükələri barədə məlumatlılığı artıran əczaçılıq şirkəti “Eli Lilly”nin vitse-prezident köməkçisi Dr. Emili Pegg:


 


 


“İnsanların qəsdən özlərini riskə atmaq istədiklərinə inanmırıq, amma nüfuzsuz mənbələrə və saxta dərmanların mənbəyinə nəzər salsanız, yetəri qədər risklər var. Saçınızı kəsdirərkən bərbərə gedirsiniz, bəs niyə dərman istədikdə tibb işçisinə müraciət etmirsiniz?”


 




Narahatlıqla, belə şirkətlərin müxtəlif saxta dərmanları sınaqdan keçirdiyini və ciddi zərər yarada biləcək “kritik problemlər” aşkar etdiyini qeyd etmək istəyirəm”-deyə bildirir.




“Sosial mediadan dərman almaqla sağlamlığınızla oynayırsınız”- deyə o yekunlaşdırır.


 


Aynil


Sfera.az